AZ   |   RU
Paşinyan növbəti dəfə seçilərsə... - Politoloqdan təxribatçı rəy

"Nikol Paşinyanın seçkilərdə yenidən qalib gəlməsi, ermənilər üçün biabırçılıq olacaq".

Missiya.Az 
xəbər verir ki, bu sözləri Xəzər Araşdırmaları Mərkəzinin direktoru, politoloq Sergey Mixeyev deyib. O bildirib ki, Paşinyan seçkilərdə qalib gəlsə, Ermənistan hökumətini heç kim ciddi qəbul etməyəcək.

Sitat: “Çünki Nikol Paşinyan baş nazir olduğu müddətdə ölkəni məğlubiyyətə apardı. Ermənilər anlamalıdırlar ki, Nikol Paşinyan yenidən seçilsə, bununla onlar Qarabağda baş verənlərə razılıq verəcəklər. Paşinyanın qalib gəlməsindən belə anlaşılacaq ki, ermənilər müharibənin nəticələrinə, torpaqların təhvil verilməsi faktına, itkilərə və Qarabağda ermənilərlə baş verənlərə razıdırlar. Belə olan halda, heç kim Ermənistanın mövqeyini ciddi qəbul etməyəcək", - sitatın sonu.

Qeyd edək ki, aprelin 25-də Ermənistanın baş naziri vəzifəsindən istefa verib. O bildirib ki, konstitusiya müddəalarını həyata keçirmək və parlamenti buraxmaq üçün vəzifəsindən gedir.

Xatırladaq ki, Ermənistan müxalifəti  II Qarabağ müharibəsində məğlubiyyətə görə Nikol Paşinyanı günahlandırır. Baş nazir isə məğlubiyyətə görə 30 ilə yaxın Ermənistanı idarə edən “Qarabağ klanı”nın ordu quruculuğunu, apardığı daxili və xarici siyasəti ittiham edir. Bu səbəbdən Paşinyan açıq şəkildə bəyan etmişdi ki, yalnız növbədənkənar seçkilər keçirilərsə, istefa verəcək. Rəy sorğularına görə, Paşinyan İkinci Qarabağ Müharibəsində Ermənistanı məğlubiyyətə düçar etsə də, hələ ki onun reytinqi digər rəqiblərinə nisbətən daha çoxdur. Çünki cəmiyyət müharibədən yorulub və Qarabağ onlar üçün maraqlı deyil.


Elvin
Missiya.Az


  • 28-04-2021, 15:49