AZ   |   RU
İtkin düşən müğənninin meyiti tapılıb

Bir həftədir axtarışda olan amerikalı müğənnisi Lyuk Bell ölü tapılıb.

Missiya.Az haberglobal-a istinadən xəbər verir ki, kədərli xəbəri onun dostu Mett Kinman açıqlayıb.  

Psixoloji sarsıntı keçirdiyi bildirilən Bell Arizonaya gedib və orada yoxa çıxıb.

32 yaşlı Bellin cəsədi ölümündən təxminən bir həftə sonra mahalın yaxınlığındakı Tucson şəhərində tapılıb. Cəsədin yoxa çıxdığı yerdən çox da uzaqda olmadığı bildirilib.

Məşhur müğənninin ölüm səbəbi hələlik məlum deyil. Qəti izahat üçün yarılma nəticəsi gözlənilir.

Qeyd edək ki, Bellin dostu Kinman Arizonaya işləmək üçün gəldiklərini deyib. Kinman ifadəsində yük maşınına yemək almaq üçün dayandıqlarını və geri qayıdanda Bellin maşında olmadığını bildirib.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 31-08-2022, 17:51