AZ   |   RU
İranlı dənizçilər ABŞ-a məxsus PUA-nı oğurlamaq istədi

İranlı dənizçilər Amerikanın pilotsuz təyyarəsini oğurlamağa cəhd ediblər.

Missiya.az xəbər verir ki, bu haqda Business Insider məlumat yayıb.

Məlumatda deyilir ki, Amerikanın “Saildrone Explorer” pilotsuz suüstü gəmisini yedəkləyən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinə Dəstək Gəmisi Şahid Baziar ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanması tərəfindən Fars körfəzinin beynəlxalq sularında görüntülənib. Ən yeni cihazın qaçırılmasının qarşısını almaq üçün ABŞ Hərbi Dəniz Qüvvələrinin USS Thunderbolt (PC 12) patrul gəmisi və MH-60S Sea Hawk helikopteri cəlb edilib.

ABŞ hərbçilərinin meydana çıxmasından sonra İran gəmisi pilotsuz təyyarəni çəkən kabeli açaraq ərazini tərk edib.

  • 30-08-2022, 21:43