Azərbaycan hərbçiləri “Vostok-2022” təlimlərini müşahidə edəcəklər.
Missiya.Az xəbər verir ki, bu haqda Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatında deyilir.
Xəbərə görə, Şərq Hərbi Dairəsinin 7 poliqonunda 2022-ci il sentyabrın 1-dən sentyabrın 7-dək keçiriləcək təlimlərdə 50 mindən çox hərbçinin iştirak edəcəyi bildirilir.
Bundan əlavə, manevrlərdə KTMT, ŞƏT və digər tərəfdaş dövlətlərin operativ nəzarət qrupları, hərbi kontingentləri və müşahidəçiləri iştirak edəcək. Bunlar Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Laos, Monqolustan, Nikaraqua, Suriya və Tacikistandır.
“Vostok-2022”- də beş mindən çox silah və hərbi texnika, o cümlədən 140 təyyarə, 60 döyüş gəmisi, qayıq və yardımçı gəmilərin təlim keçəcəyi qeyd olunur.
Əmir Əhmədov
Missiya.Az