AZ   |   RU
BQXK-nın Azərbaycandakı yeni nümayəndəsi vəzifəsinin icrasına başlayıb
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri Draqana Kojiç vəzifəsinin icrasına başlayıb.

Bu barədə Missiya.Az qurumun Azərbaycandakı Nümayəndəliyindən məlumat əldə edib.

Qeyd edək ki, D.Kojiç bu postda Azərbaycanda səlahiyyət müddəti başa çatan Arian Baueri əvəzləyib.

O, bundan əvvəl BQXK-nın Pakistandakı Nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.

  • 29-08-2022, 19:39