AZ   |   RU
İran və Omanın xarici işlər nazirləri telefonda danışıb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla Oman Sultanlığının xarici işlər naziri Bədr bin Həməd bin Həmud Əl-Busaidi arasında telefon danışığı olub.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, telefon danışığında sanksiyaların ləğvi ilə bağlı müzakirələrdəki son vəziyyət müzakirə olunub.
İranlı diplomat Oman hökumətinə təşəkkür edib və bildirib ki, ABŞ tərəfinin cavabı diqqətlə nəzərdən keçirilir.

"İran İslam Respublikası araşdırdıqdan və yekun qərarından sonra öz fikirlərini açıqlayacaq" – deyə Abdullahiyan bildirib.
Omanın xarici işlər naziri bütün tərəflərin birgə əməkdaşlığı ilə Vyana danışıqlarından qənaətbəxş nəticə əldə olunacağına ümidvar olduğunu söyləyib.


  • 28-08-2022, 21:50