AZ   |   RU
Harri Keyn İngiltərə çempionatlarında yubiley qolunu vurub

"Tottenhem"in futbolçusu Harri Keyn İngiltərə çempionatlarıı tarixində 200-cü qolunu vurub.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, 29 yaşl forvard yubiley qoluna hazırda səfərdə "Nottingem Forest"ə qarşı keçirdikləri Premyer Liqanın IV tur matçında imza atıb.

5-ci dəqiqədə fərqlənən ingiltərəli oyunçu hələlik görüşdə yeganə topun müəllifidir.
Qeyd edək ki, 200 qoldan 186-sı Premyer Liqada, 9-u Çempionşipdə, 5-i isə I Liqada qeydə alınıb.


  • 28-08-2022, 21:20