AZ   |   RU
Haker qrupu NATO-nun müasir silahları barədə məxfi sənədləri satır

Haker qrupu internetdə NATO-nun müasir silahları barədə məxfi sənədlərin satışı ilə məşğuldur.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, sənədlərdə müasir silahlar və NATO-ya üzv ölkələrin Pribaltikada manevrləri barədə məlumatlar var.
Hakerlərə mənzil qərargahı Fransada yerləşən böyük silah istehsalı şirkətinin - “MBDA Missile Systems”-nin sənədlərini əldə etmək müyəssər olub. “MBDA Missile Systems” şirkəti informasiyaların oğurlandığını təsdiqləyib.

Hazırda NATO mütəxəssisləri məlumat sızıntısının masştabını və onun nəticələrini proqnozlaşdırırlar.


  • 28-08-2022, 19:06