Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Məlumata görə, Ərdoğan telefon danışığı zamanı Pakistanda güclü musson yağışlarının səbəb olduğu sel fəlakəti ilə bağlı keçmiş olsun diləyini çatdırıb.
Ərdoğan həyatını itirən pakistanlılara Allahdan rəhmət, yaralılara şəfa diləyib. Türkiyə Prezidenti hər zaman olduğu kimi bu çətin gündə də Pakistan xalqına hər cür dəstək verməyə hazır olduğunu bildirib.