"İran Zəngəzur dəhlizinin əleyhinə deyil, İran Azərbaycanla nəqliyyat əlaqələrini genişləndirməkdə davam edir."
Missiya.Az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Abbas Musəvi Şuşaya səfəri çərçivəsində jurnalistlərə deyib.
"Son vaxtlar çəkilmiş dəmir yollarını misal göstərmək olar. İran Zəngəzur dəhlizinin yaradılmasının əleyhinə deyil və bizim qardaş Azərbaycanla əsas dəhlizimiz var. 30 ildir ki, Naxçıvanla əlaqəni bu dəhliz vasitəsilə təmin edirik. Yeni dəhlizə gəlincə, bu, Azərbaycanla Ermənistandan asılıdır və beynəlxalq məsələdir. Bizim ölkəmizin prinsipi odur ki, bir ölkə digər ölkənin, o cümlədən qonşularının milli maraqlarına təsir göstərə bilməz”, - İran səfiri bildirib.