AZ   |   RU
Azərbaycanlılar İrəvanda konsert verəcək? - Ermənilər Emin Ağalarovu boykota səsləyir - VİDEO

Azərbaycanın xalq artisti Emin Ağalarovun rəhbərlik etdiyi “Atlantic Records Russia”nın İrəvanda konserti planlaşdırılıb. Lakin ermənilər buna kəskin etirazlarını bildirirlər. 

Missiya.Az
xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində bu barədə milli zəmində terror çağırışları ilə müşayət olunan müzakirələr aparılmaqdadır.

Söhbət qaraçı və qazax əsilli musiqiçilər Andro və Limbanın İrəvanda verəcəkləri konsertdən gedir. Onlar əslən azərbaycanlı olmasalar da, Azərbaycanın xalq artisti Emin Ağalarovun rəhbərlik etdiyi şirkətdə işlədikləri üçün ermənilərin hədəfinə tuş gəliblər.

"Azərbaycanlılar İrəvanda konsert verəcək???",Tam "xoşbəxtlik" üçün yalnız bu lazım idi. Məlum olub ki, oktyabrın 23-də Azərbaycanın xalq artisti  Emin Ağalarovun rəhbərlik etdiyi “Atlantic Records Russia”nın AZƏRBAYCAN leybli müğənnilərinin İrəvanda konserti olacaq. Bu qrupa JONY, Hamali&Navai kimi tanınmış ermənifob ifaçılar daxildir. Bu konsert dərhal ləğv edilməlidir. Ümid edək  ki, yaxın bir neçə gün ərzində konsertin ləğvi barədə eşidəcəyik!"- deyə paylaşımlardan birində bildirilir.

Ermənilər konserti boykot edəcək video-çarx da hazırlayıblar. Video-çarxda adıçəkilən leybla daxil olan Azərbaycanəsilli müğənnilərin 44 günlük Vətən müharibəsində Azərbaycana-Vətənlərinə olan dəstəyi, Azərbaycan Silahlı Qüvvələri üçün topladıqları ianələr və bütün bunlara baxmayaraq onları izləyən və pərəstikarı olan ermənilərin sevgi dolu ürək sözləri yer alıb.

Ermənilər şərhlərində azərbaycanlıların artıq özlərini İrəvanın sahibi kimi apardıqlarını yazırlar.



  • 27-08-2022, 16:11