AZ   |   RU
Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb
UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçirilən mərasimdə 32 komanda hərəsində 4 olmaqla 8 qrupa bölünüb.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu İtaliyanın "Milan", İngiltərənin "Çelsi" və Avstriyanın "Zaltsburq" komandaları ilə E qrupuna düşüb.

Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Çexiyanın "Viktoriya" (Plzen) kollektivi isə Almaniya "Bavariya"sı, İspaniya "Barselona"sı və İtaliya "İnter"i ilə birlikdə C qrupunda mübarizə aparacaq.

A qrupu: "Ayaks" (Niderland), "Liverpul" (İngiltərə), "Napoli" (İtaliya), "Reyncers" (Şotlandiya)
B qrupu: "Portu" (Portuqaliya), "Atletiko" (Madrid, İspaniya), "Bayer" (Almaniya), "Brügge" (Belçika)
C qrupu: "Bavariya" (Almaniya), "Barselona" (İspaniya), "İnter" (İtaliya), "Viktoriya" (Plzen, Çexiya)
D qrupu: "Ayntraxt" (Frankurt, Almaniya), "Tottenhem" (İngiltərə), "Sportinq" (Portuqaliya), "Marsel" (Fransa)
E qrupu: "Milan" (İtaliya), "Çelsi" (İngiltərə), "Zaltsburq" (Avstriya), "Dinamo" (Zaqreb, Xorvatiya)
F qrupu: "Real Madrid" (İspaniya), "Leyptsiq" (Almaniya), "Şaxtyor" (Donetsk, Ukrayna), "Seltik" (Şotlandiya)
G qrupu: "Mançester Siti" (İngiltərə), "Sevilya" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Kopenhagen" (Danimarka)
H qrupu: PSJ (Fransa), "Yuventus" (İtaliya), "Benfika" (Portuqaliya), "Makkabi" (Hayfa, İsrail)

Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 6-da start veriləcək.

  • 25-08-2022, 21:10