AZ   |   RU
Ayvazyanın yaxtası batdı
Avqustun 21-i İtaliya sahillərində “May Saqa” yaxtası batıb.

Missiya.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. İtalyan mediası gəminin rusiyalı biznesmen Gennadi Ayvazyana məxsus olduğunu bildirib.

Məlumata görə, hadisə Skvillaçe körfəzində baş verib.

Ekipaj gəmidə su olduğunu bildirib. Onlar rusiyalı sahibkarın gəmisini limana aparmağa çalışsalar da, pis hava şəraiti səbəbindən yaxta batıb.

Qeyd edək ki, Gennadi Ayvazyan “Kuzbassrazrezugol” holdinqinin ortağı və “Krutrade”nin direktorlar şurasının sədridir.


  • 24-08-2022, 21:53