AZ   |   RU
Conson Kiyevə getdi
Böyük Britaniyanın Baş naziri Boris Conson Müstəqillik Günündə Ukraynanın paytaxtı Kiyevə gedib.

Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında məlumat verib.

“Ukraynanın dostu Boris Consonu Müstəqillik Günündə qəbul etdiyimə şadam. Boris, Rusiyanın tammiqyaslı təcavüzünün ilk günlərindən ölkəmizə güzəştsiz dəstəyə, Ukraynanın maraqlarını qətiyyətlə müdafiə etdiyinə görə təşəkkür edirəm! Dövlətimizin bəxti gətirib ki, belə bir dostumuz var”, - deyə Zelenski qeyd edib. 


  • 24-08-2022, 21:24