AZ   |   RU
Çavuşoğlu Suriyanın müxalifət liderləri ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriya İnqilabçı və Müxalif Qüvvələri Milli Koalisiyasının (SMDK) sədri Səlim əl-Muslat, danışıqlar komissiyasının rəhbəri Bədir Camus və Suriya Müvəqqəti Hökumətinin sədri Əbdürrəhman Mustafa ilə görüşüb.

Missiya.Az
xəbər verir ki, Çavuşoğlu bu barədə özünün “Twitter” hesabında məlumat yayıb.

Çavuşoğlu bildirib ki, “biz müxalifətin BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində siyasi proseslərə verdiyi töhfəni yüksək qiymətləndirir və dəstəkləyirik”.

Daşqın Həsənov
Missiya.Az
 


  • 24-08-2022, 18:01