Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik ölkədə prezident seçkiləri təqvimində heç bir dəyişiklik olmadığını deyib.Missiya.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkədə növbədənkənar seçkilər keçirmək niyyətində olması ilə bağlı məlumatlar yayılmışdı.
"Seçki təqvimində heç bir dəyişiklik yoxdur. Seçkilər vaxtında keçiriləcək", - Çelik bildirib.
Xatırladaq ki, Türkiyədə növbəti prezident seçkiləri 2023-cü il iyunun 18-nə təyin edilib.