AZ   |   RU
“Videonu ərin çəkir, Niyə Krımda deyilsən?” Peskovun arvadının videosu rusları hiddətləndirdi

Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun ukraynalı həyat yoldaşı Tatyana Navka görüntüləri geniş müzakirələrə səbəb olub.

 Missiya.Az
haberglobal-a istinadən xəbər verir ki, Navka görüntüləri 1.2 milyonluq “İnstagram” hesabında paylaşıb. Videoda Tatyana Navkanın Yunanıstanda istirahət edərkən boşqab sındıraraq əylənməsi əks olunub.

Görüntülər sosial şəbəkə istifadəçilərini hiddətləndirib.

Diqqətçəkən şərhlərin birində bu sözlər yazılıb: “Videonu ərin çəkir, Niyə Krımda deyilsən?”

Peskovun arvadı sərt tənqdin olunduğu üçün videonu silib.

Leyla Səməndər
Missiya.Az


  • 23-08-2022, 18:10