AZ   |   RU
Azərbaycanda cüdonun 50 illik yubileyi ilə bağlı ustad dərsi keçirilib

Azərbaycanda cüdonun yaradılmasının 50 illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində Zaqatalada ustad dərsi keçirilib.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, Azərbaycan Gənclər və İdman nazirliyi, Cüdo Federasiyasının birgə təşkil etdiyi tədbirdə geniş ictimaiyyətə cüdonun fəlsəfəsi, onun uşaqların və gənclərin mənəvi-fiziki tərbiyəsində oynadığı rol barədə məlumat verilib.

Ustad dərsi çərçivəsində ACF prezidentinin müşaviri, dünya mükafatçısı Natiq Bağırov və Türkiyənin Konya şəhərində bu günlərdə başa çatan İslam oyunları Olimpiadasının qızıl mükafatçısı İbrahim Əliyev müxtəlif cüdo fəndlərinin yerinə yetirilməsini yeniyetmə və gənc cüdoçulara, həmçinin Zaqatala sakinlərinə nümayiş etdirib. Natiq Bağırov cüdonun mahiyyəti, kəmər bağlamaq qaydaları haqqında ustad dərsi iştirakçılarına məlumat verib. Zaqatala sakinləri, uşaqlar və yeniyetmələr tatamiyə dəvət edilib və onlar müxtəlif fəndləri yerinə yetirməyə çalışıb.

Tədbir zamanı iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo idman növü üzrə müxtəlif suallar verilib, qalib gələnlərə hədiyyələr təqdim olunub.
Azərbaycan Cüdo Federasiyası ölkəmizdə cüdonun yaradılmasının 50 illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində ölkəmizin digər şəhər və regionlarında da analoji tədbirlərin təşkil edilməsini planlaşdırır.


  • 20-08-2022, 23:14