AZ   |   RU
Batma təhlükəsi ilə üzləşən 23 nəfər xilas edilib
 
Bu gün çimərkən batma təhlükəsi ilə üzləşən 23 nəfər xilas olunub.

Missiya.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan”, “Qızılqum”, “Mingəçevir”, “Hövsan”, “Goradil” sularda xilasetmə məntəqələrinin ərazisində və “Sumqayıt”, “Mingəçevir”, “Nardaran”, “Qızılqum”, “Şüvəlan” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşənlər xilas edilib.







  • 20-08-2022, 23:08