AZ   |   RU
Azərbaycan FHN yanğınsöndürənlərini Laçına göndərib
 
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Laçın şəhərinə öz yanğınsöndürənlərini göndərib.

Missiya.Az
xəbər verir ki, bu barədə Ermənistanın “Baqramyan” “Telegram” kanalı məlumat yayıb.

“Bu günlərdə şəhər Azərbaycana təslim ediləndən sonra sakinlərdən biri türklərin yaşamaması üçün evini yandırmaq qərarına gəlib. Ona görə də Laçına yanğınsöndürənlər göndərilib. Əvvəl hamı elə bilirdi ki, şəhərin yaxınlığında Rusiya yanğınsöndürən maşınları növbə çəkir. Lakin sonra məlum olub ki, yanğınsöndürənlər Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycandan gəliblər”,- deyə məlumatda bildirilib.

Xatırladaq ki, Azərbaycan mediasında ilk olaraq bu xəbəri “Müsavat.com” yayıb.



  • 20-08-2022, 23:00