AZ   |   RU
ABŞ Covid-19 dərmanı “Paxlovid”in yenidən sınaqdan keçirilməsini tələb edir

ABŞ Qida və Dərman İdarəsi (FDA) Amerikanın “Pfizer” əczaçılıq şirkətindən Covid-19-un müalicəsində istifadə edilən “Paxlovid” dərmanının təkrar sınaqdan keçirilməsini tələb edib.

Missiya.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ABŞ Qida və Dərman İdarəsi buna səbəb olaraq “Paxlovid” ilə müalicə olunan xəstələrin əvvəlcə mənfi olan Covid-19 testlərinin daha sonra yenidən müsbət çıxdığını göstərir.

Qeyd edək ki, iyulun 22-də Covid-19 testi müsbət çıxan ABŞ Prezidenti Co Bayden də 5 günlük “Paxlovid” dərmanı ilə müalicə olunub və testlər mənfi çıxdıqdan sonra iyulun 27-də işə qayıdıb.

Bununla belə, onun həkimi Kevin O'Konnor, Covid-19 müalicəsində “Paxlovid” dərmanından istifadə edən xəstələrin bəzilərinin testlərinin yenidən müsbət çıxdığına diqqət çəkib və Baydenə tez-tez test etdiklərini deyib.

İyulun 30-da test nəticəsi yenidən müsbət çıxdıqdan sonra Bayden karantinə alınıb və bir həftə sonra Covid-19 testləri mənfi çıxıb.


  • 20-08-2022, 22:17