Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini avqustun 18-də saat 15:43-dən etibarən internet səhifəsində yerləşdirib.
DİM-dən Missiya.Az-a verilən məlumata görə, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında ümumi məlumat
Təhsil forması
Qəbul planı
Qəbul olunub
Qəbul olma
Azərbaycan bölməsi
Rus bölməsi
Bölmələr üzrə cəmi
faizi
Dövlət ödənişsiz
4478
4298
108
4406
98.39
Dövlət ödənişli
5349
5053
107
5160
96.45
Özəl
300
280
20
300
100.00
Cəmi
10127
9631
235
9866
97.41
Xüsusi qabiliyyət tələb edən və etməyən ixtisaslar üzrə qəbul olunan abituriyentlərin sayı haqqında məlumat
Təhsil forması
Qəbul planı
Qəbul olunub
Qəbul olma
Azərbaycan bölməsi
Rus bölməsi
Bölmələr üzrə cəmi
faizi
Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar
8648
8451
191
8642
99.92
Xüsusi qabiliyyət tələb edən ixtisaslar
1479
1180
44
1224
82.76
Cəmi
10127
9631
235
9866
97.41
Abituriyentlər 2022-ci il 22 avqust 12:00-dan 1 sentyabr saat 23:59‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.