AZ   |   RU
Qırğızıstan hökumətinin rəsmisi: "Azərbaycan qida təhlükəsizliyi sahəsində çox ciddi iş aparır"

"Azərbaycan qida təhlükəsizliyi sahəsində çox ciddi iş aparır".

Missiya.Az xəbər verir ki, bunu Qırğız Respublikası Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdindəki laboratoriyalara baxış keçirərkən deyib.

O bildirib ki, institutda qurulan laboratoriyalarda qida təhlükəsizliyi, baytarlıq və bitkiçilik sahələri üzrə müayinələr yüksək peşəkarlıqla həyata keçirilir:

"Qırğızıstan nümayəndə heyətinin Qida Təhlükəsizliyi Agentliyinə ziyarəti zamanı buradakı laboratoriyalarda gördüklərimiz bizi təsirləndirdi.

Bu laboratoriyalarda ən son texnologiya və avadanlıqlardan istifadə olunur.

Azərbaycan bu istiqamətdə çox ciddi iş aparır. Beynəlxalq qurumlar aparılan tədqiqat və təhlillərin nəticələrini tanıyır.

Odur ki, Qırğızıstan da Azərbaycanın bu təcrübəsindən yararlanmaq istəyir. Azərbaycanlı mütəxəssislərin öz təcrübələrini bizimlə paylaşmalarını istərdik".

Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini onu da qeyd edib ki, qida təhlükəsizliyinin insanların, ümumilikdə millətlərin sağlamlığına təsiri böyükdür, bu baxımdan AQTA-nın həyata keçirdiyi işlər mühüm əhəmiyyət kəsb edir.

  • 17-08-2022, 15:09