AZ   |   RU
Alman nəşri Bayraktar TB-2 pilotsuz uçuş aparatlarının uğurlarından yazdı

Almaniyanın “focus.de” xəbər saytı Türkiyənin silah sənayesindəki uğurlarından bəhs edən yazı dərc edib.

Missiya.Az
xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Mənbə bildirib ki, Türkiyədə istehsal olunan və bir çox ölkələrə ixrac edilən Bayraktar TB-2 SİHA-ları Avropanın gündəmindən düşmür. Bayraktar pilotsuz uçuş aparatları Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla bütün dünyanı heyrətləndirib.

Alman xəbər saytı qeyd edib ki, Bayraktar TB-2 SİHA-ları döyüş meydanında böyük təsirə malik olmasına baxmayaraq, qiyməti ucuzdur.

Daşqın Həsənov
Missiya.Az


  • 17-08-2022, 14:11