AZ   |   RU
Finlandiya sentyabr ayından etibarən rus vətəndaşlarının 10 faizinə viza verəcək

Finlandiya sentyabr ayından etibarən rus türistlərin viza müraciətlərinin yalnız 10 faizini qəbul edəcək.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, potensial milli humanitar viza vasitəsilə jurnalistlər, dissidentlər və ya fəallar kimi müəyyən qruplar üçün istisnalar edilə bilər.

Qeyd edək ki, Çexiya, Litva, Estoniya, Latviya və Polşa Moskvaya təzyiqi artırmaq üçün bəzi vizaların verilməsini dayandırsa da, Almaniya bundan imtina etdi.

Daşqın Həsənov
Missiya.Az


  • 17-08-2022, 12:01