AZ   |   RU
Avqustun 18-i Ərdoğan Ukraynaya səfər edəcək

Avqustun 18-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenskinin dəvəti ilə Lvova bir günlük səfər edəcək.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti administrasiyasının kommunikasiya departamenti məlumat yayıb.

Məlumatda bildirilib ki, prezidentlərin görüşü zamanı Türkiyə-Ukrayna münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsindəki aspektləri müzakirə olunacaq.

Qeyd edək ki, səfər zamanı həmçinin Ukrayna prezidenti Volodimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.

Daşqın Həsənov
Missiya.Az

  • 17-08-2022, 11:10