AZ   |   RU
İslamiada: Azərbaycanın ən ağır çəkili cüdoçuları medal görüşlərinə çıxır

Azərbaycanın ən ağır cüdoçuları – Elmar Qasımov (100 kq) və İmran Yusifov (+100 kq) müvafiq olaraq qızıl və bürünc medal görüşlərinə çıxacaqlar. 

Missiya.Az
Report-a istinadən xəbər verir ki, Konyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu gün tatamiyə çıxan digər 3 cüdoçu medal qazana bilməyib.

Osetin əsilli Azərbaycan idmançısı Zelim Tçkayev yarımfinalda Vedat Albayraka (Türkiyə), daha sonra bürünc medal görüşündə üçqat Asiya mükafatçısı Şarofiddin Boltaboyevə (Özbəkistan) uduzaraq mükafatsız qalıb.

Südabə Ağayeva isə Şoxista Nəzərovaya (Özbəkistan) uduzaraq medal ümidindən əl çəkib. Həmin çəkidə yarışan Günel Həsənli Zita Ornella Biamini (Kamerun) məğlub edərək Minel Akdənizlə (Türkiyə) bürünc medal görüşünə vəsiqə qazanıb. Lakin Günel Golden score-da bu rəqibinə uduzaraq medalsız qalıb.

  • 16-08-2022, 17:39