"Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) məxsus "ASK Xidmət”, “ASK İnşaat”, "ASK Turizm", "ASK Şəki Kərpic", "ASK Poliqrafiya" MMC-lər birləşdirilib.
Missiya.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, həmin şirkətlər bundan sonra "ASK Xidmət"in adı altında fəaliyyət göstərəcəklər.
Odur ki, həmin şirkət yenidən təşkil olunacaq.
Xatırladaq ki, ASK 2017-ci ildə dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Onun nizamnamə kapitalı
500 milyon manatdır.