AZ   |   RU
Cəlilabadda çörəkdaşıyan avtomobil qəzaya düşüb, iki nəfər xəsarət alıb

Cəlilabad rayonunda yol-nəqliyyat qəzası baş verib.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı "DAF" markalı çörəkdaşıyan yük avtomobili ilə digər minik avtomobili toqquşub.

Hadisə nəticəsində 1996-ci il təvəllüdlü Lənkəran rayon sakini, Orxan Əliyev və daha bir şəxs xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.



  • 15-08-2022, 09:25