AZ   |   RU
"Kəpəz"in legioneri: "Neftçi" ilə aramızda böyük prinsipiallıq var"

"Zirə”yə qarşı oyun pis alınmadı. Fikrimcə, məşqçinin verdiyi bütün tapşırıqları yerinə yetirdik, yalnız sonuncu dəqiqədən başqa. Özümüzü daha yaxşı tərəfdən göstərmək imkanımız olacaq".

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bunu "Kəpəz"in futbolçusu Mixeil Ergemlidze klubun mətbuat xidmətinə müsahibəsində deyib.

Gürcüstanlı hücumçu bildirib ki, "Zirə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının ilk tur matçında qələbə qazana bilərdilər: Mənim, Rauf Əliyevin fərqlənmək üçün imkanlarımız oldu. Hətta qol da vurduq, amma ofsayd olduğundan hesaba alınmadı".

Sözügedən qarşılaşmada komandasının yeganə qolunun müəllifi olan 23 yaşlı forvard əvvəlcədən fərqlənəcəyini bildiyini öyləyib: "Məşqçi və komanda yoldaşlarım oyundan əvvəl yaxşı motivasiya vermişdilər. Düşünürəm ki, qollarımın davamı olacaq".
Ergemlidze bu gün "Bakcell Arena"da "Neftçi"yə qarşı keçirəcəkləri II tur matçına da toxunub: "Ciddi hazırlaşmışıq, azarkeşlərimizi sevindirmək üçün hər şey edəcəyik. Bu oyunu tarixi derbi adlandırırlar və bilirəm ki, arada böyük prinsipiallıq var".

Onun sözlərinə görə, Azərbaycanda ən güclü azarkeşlər "Kəpəz"ə məxsusdur: "Dəstəyə görə onlara minnətdarıq. Mehriban kollektimiz var. Hamı bir-birinə ailədə olduğu kimi diqqətli davranır".

Futbolçu Gəncənin əla şəhər olduğunu vurğulayıb: "İnsanları çox xeyirxahdırlar. Hələ harasa gedə bilməmişik. Mərkəzdəki parkda olmuşuq, xoşumuza gəlib".

Hücumçu "Kəpəz"in stadion probleminə görə evdə oynamamasına da münasibət bildirib: "Ev yox, səfər komandası kimi oynamaq məcburiyyətindəyik. Bu da pisdir. Əgər Gəncədə oynasaq, daha yaxşı nəticələr əldə edə bilərik".


  • 14-08-2022, 14:02