Azərbaycan ilə Türkiyə arasında imzalanan ikitərəfli əməkdaşlıq planına uyğun olaraq "Qardaş Briqada" layihəsi çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları qarşılıqlı təcrübə mübadiləsinin aparılması məqsədilə Türkiyədə keçirilən təlimdə iştirak edib.Bu barədə
Missiya.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Təlim müddətinin başa çatması ilə əlaqədar Türkiyə Silahlı Qüvvələrinin Ordu Korpusunun komandiri general-leytenant Rasim Yaldız və digər yüksək rütbəli zabitlərin iştirakı ilə mərasim keçirilib.
Mərasimdə çıxış edən general-leytenant R.Yaldız "Qardaş Briqada" layihəsi çərçivəsində hərbi qulluqçularımızın nümunəvi xidmət etdiyini vurğulayaraq təlim zamanı qazanılan bilik və təcrübələrin Azərbaycan Ordusunun daha da güclənməsi naminə tətbiq edəcəklərinə inandığını bildirib.