AZ   |   RU
Türkiyə ilə Ermənistan arasındakı buzları əridən 500-dən çox telefon zəngi

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesində səfir Serdar Kılıçla Ermənistan nümayəndəsi 4 dəfə üz-üzə gəlib.Təkcə bu iki rəsmi ikisi bu günə qədər 500-dən çox telefon danışığı edib.

Missiya
.Az haber7.com-a istinadən xəbər verir ki, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi növbəti mərhələyə keçib. Bu kontekstdə texniki məsələlərlə bağlı fikir mübadiləsi aparmaq üçün iki ölkənin səlahiyyətli nümayəndələrinin sentyabrda görüşü planlaşdırılır.

Bildirilir ki, iki ölkənin Nəqliyyat, Ticarət və Xarici İşlər nazirliklərinin rəsmiləri normallaşma prosesi çərçivəsində atılan addımların texniki aspektlərini müzakirə edəcəklər.

Qeyd edək ki, xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubinyanın iyul ayında Vyanada keçirilən görüşündən sonra iki ölkə arasında birbaşa hava yüklərinin daşınması və sərhədlərin üçüncü ölkə vətəndaşlarına açılması ilə bağlı razılıq əldə olunub. Bu çərçivədə texniki komitələrin atılacaq addımları müzakirə etməsi və yol xəritəsinin hazırlanması planlaşdırılır. Sentyabrda keçiriləcəyi bildirilən görüşün yeri isə hələ dəqiqləşdirilməyib. Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesini həyata keçirən səfir Serdar Kılıçla Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında bir dəfə Moskvada, üç dəfə isə Vyanada təkbətək görüşüb.

Yüksək səviyyəli rəsmilər Türkiyə ilə Ermənistan arasındakı hazırki prosesin bir növ “etimad yaradılması” prosesi olduğuna diqqət çəkərək, aşağıdakı dəyərləndirmələri ediblər: "Birdən-birə böyük gözləntilər qurmaq və böyük məyusluqlar yaşamaq əvəzinə, biz Ermənistanla addım-addım irəliləyişlə bağlı razılığa gəldik. Bir çox etimad quruculuğu tədbirləri üzərində işləyirik. Humanitar ölçüləri olan tədbirlər də var. Bizi elə bir proses gözləyir ki, sərhəd keçidlərində daha uzun iş tələb olunacaq.

"Sahədəki fiziki şərait də imkan verməlidir. Məsələn, iki ölkəni birləşdirən 178 metr uzunluğunda Əlican körpüsü var. Amma bu körpünün avtobusları daşıya biləcəyini bilmirik”.

Türkiyə ilə Ermənistan arasında hər il təxminən 15 min yük maşınının Gürcüstan üzərindən daşındığı 230 milyon dollarlıq birbaşa ticarəti qiymətləndirən yüksək səviyyəli mənbələr, “Əgər hər iki tərəf lazımi məlumatları nümayiş etdirərək əlaqələrin müsbətə doğru inkişafını təmin edə bilsə, bu hər iki ölkə üçün əlavə imkanlar və perspektivlər yaradacaq”.

Teymur Aslanov
Missiya.Az


  • 12-08-2022, 14:01