AZ   |   RU
Britaniya Ukraynaya ağır artilleriya sistemləri verib

Ukraynaya Böyük Britaniyadan M270 reaktiv yaylım atəşi sistemləri alıb.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Aleksey Reznikov öz “Twitter“ səhifəsində yazıb.

“Böyük Britaniya söz verdi, Böyük Britaniya sözünü tutdu. Ukraynaya yeni M270 reaktiv yaylım atəşi sistemləri gəlib”, - o yazıb.

M270 sistemləri hədəfi 80 kilometr məsafəyə qədər dəqiqliklə məhv edə bilir.

  • 12-08-2022, 13:10