AZ   |   RU
Fərid Qayıbov: "MMA idman növündə ciddi uğurlar qazanırıq"
"Ölkəmiz son vaxtlar MMA idman növündə də ciddi uğurlar qazanmaqdadır".

Missiya.Az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov son bir ayda MMA-da əldə olunan nailiyyətlər barədə öz qeydində yazıb.

Nazir bildirib ki, Rafael Fiziyevin UFC-də Azərbaycan bayrağı altında ilk qələbəsi, eləcə də Tofiq Musayevin dünyanın ən məşhur turnirlərindən biri olan “Bellator”da qələbə ilə debütü, Vüqar Kərəmovun isə Rizin Qran-Prisində qalib gəlməsi son bir aya sığan uğurlardır:

"Daha bir idmançımız Nəriman Abbasovun da “Dana White Contender Series” çərçivəsində ABŞ-da LFA çempionu braziliyalı İsmael Bonfimə qarşı döyüşdə uğur qazanacağına inanırıq".

  • 8-08-2022, 22:49