AZ   |   RU
“İnanırıq ki, məqsədimizə çatacağıq və Gürcüstan birləşəcək” - Qaribaşvili

“Gürcüstan ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün sülhsevər siyasət seçib”.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın baş naziri İrakli Qaribaşvili özünün “facebook” hesabında yazıb.

Qaribaşvili bildirib ki, “bir çox soydaşımızın həyatına son qoyan 2008-ci ilin avqust müharibəsinin başlanmasından 14 il ötür. Bu neçə il ərzində ölkəmizin ürəyi Rusiya tərəfindən işğal olunub”.

Gürcüstan hökümətinin başçısı qeyd edib ki, “biz ərazi bütövlüyümüzün bərpası və ölkənin yenidən birləşməsi üçün sülhsevər siyasət seçmişik. İnanırıq ki, məqsədimizə çatacağıq və Gürcüstan biləşəcək”.

Daşqın Həsənov
Missiya.Az


  • 8-08-2022, 16:07