AZ   |   RU
Qeyri-neft sektorunun inkişafına xidmət edən dövlət təşəbbüsləri

Qeyri-neft sektoru ölkəmizdə ildən-ilə artmaqla bərabər həm də dövlətin başlıca prioritetlərindəndir.

Buna misal olaraq neft və qaz sənayesindən asılılığı azaltmaq üçün alternativ yanacaq mənbələrindən külək, günəş, geotermal kimi ekoloji təmiz enerji növlərindən, ölkəmizin iqlim və relyef xüsusiyyətlərinə uyğun müasir kənd təsərrüfatı müəssisələrindən istifadə olunur.

Əlverişli geosiyasi mövqedə yerləşməyimiz  Azərbaycanı tranzit ölkə kimi tanıda, nəqliyyatın inkişafına təkan verə bilər. Belə ki, Azərbaycanda hava, su, dəmiryolu, magistral yük və sərnişin daşımaları üçün potensial imkanlar mövcuddur.

Qərzəxli, çəyirdəkli, sitrus, tumlu meyvəçilik müvafiq bölgələrdə, dənli, texniki, tərəvəz bitkiləri daha çox düzən və dağətəyi ərazilərdə inkişaf etmişdir. Bundan əlavə üzümçülük, kartofçuluq, tütünçülük baramaçılıq heyvandarlıq kimi ciddi ixtisaslaşmış sahələr də qeyri-neft sektorunun sahələrindəndir.

Maşınqayırma sahəsinə gəldikdə isə imişlidəki şəkər, konserv zavodu, Gəncədəki avtomobil zavodu, Mingəçevirdə işıq elektrik stansiyaları, müxtəlif çaylar üzərində qurulmuş Sesləri misal göstərə bilərik.

İdman sektorunda da prioritetlərinə sadiq qalan Azərbaycan idmançıları bir-iki idman növünü çıxmaq şərtilə bütün növ idmanlarda uğur dalınca uğur sıralayırlar. Güləş, taekvando, karate, üzgüçülük, voleybol, akrobatika, şahmat kimi idman növlərində idmançılarımız hər dəfə qələbə xəbərləriylə qayıdırlar.

Təhsil və səhiyyə kimi uğurla inkişaf edən qeyri-neft sektoru sahələrinin balansı da günü-gündən artmaqdadır.

Ümumiyyətlə son dövrlərdə neftdən asılılığı azaltmaq üçün neft və qazdan gələn gəlir daha çox qeyri-neft sektoruna yönləndirilir. Hər tərəfli bünövrəsi qurulan dövlətdə müxtəlif sahələrin inkişaf etməsi olduqca vacibdir.                 

Çinarə Hüseynova
Masallı Dövlət Regional Kollecinin  1-ci kurs tələbəsi

  • 23-04-2021, 21:08