AZ   |   RU
Baş katib: "Nüvə müharibəsi başlasa, cavab verə biləcək BMT olmayacaq"

“Nüvə müharibsəsi planetimizin sonu olar”.

Missiya.Az
Tass-a istinadən xəbər verir ki, bu fikirləri BMT-nin baş katibi Antonio Quterreş Tokioda jurnalistlərin suallarını cavablandırarkən deyib.

BMT potensial nüvə münaqişəsinə heç bir formada cavab verə bilməyəcək, çünki qlobal nüvə müharibəsi olacağı təqdirdə, yəqin ki, “artıq cavab verə biləcək heç bir BMT olmayacaq” deyə baş katib bildirib.

BMT rəhbəri həmçinin nüvə müharibəsinin “planetin məhvi” mənasına gələcəyinə əmin olduğunu vurğulayıb.

Bununla əlaqədar o, nüvə güclərini ilk istifadə etməmə prinsipinə əməl etməyə və nüvə silahı olmayan dövlətləri təhdid etmək üçün nüvə silahından istifadə etməkdən çəkinməyə çağırıb.

Baş katib onu da qeyd edib ki, “Aydındır ki, heç kim nüvə silahından ilk dəfə istifadə etməsə, heç bir nüvə müharibəsi olmayacaq”.

Teymur Aslanov
Missiya.Az



  • 8-08-2022, 12:01