AZ   |   RU
ATƏT-in Baş katibi Türkiyəyə səfər edəcək

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Helga Şmid 7-9 avqust tarixlərində Türkiyəyə səfər edəcək. 

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Şmid Ankarada baş tutacaq Səfirlər Konfransında çıxış edəcək. 

Bundan əlavə, o Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə də ikitərəfli görüş keçirəcək. Görüş zamanı aktual regional və beynəlxalq problemlərin, xüsusilə də Ukraynadakı proseslərin müzakirə ediləcəyi nəzərdə tutulur.

  • 7-08-2022, 11:40