AZ   |   RU
3 gün ərzində 7 marşrut xəttinin hərəkəti məhdudlaşdırılacaq

6 avqust 2022-ci il saat 08:00-dan 8 avqust 2022-ci il saat 20:00-dək Zivər bəy Əhmədbəyov küçəsinin, Salatın Əsgərova küçəsindən Abbasqulu ağa Bakıxanov küçsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Missiya.Az
xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat yayıb.

Qeyd olunub ki, tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 7 sayda müntəzəm marşrutun (2, 14, 33, 52, 65, 79 və 96 nömrəli) hərəkət sxemi alternativ küçələrlə (Füzuli, Abdulla Şaiq küçəsi, İnşaatçılar prospekti, Abbasqulu ağa Bakıxanov küçəsi) təşkil ediləcək.

  • 6-08-2022, 13:13