AZ   |   RU
Ukrayna vasitəsilə nəql olunan Rusiya qazının həcmi bu gün azala bilər

Ukrayna vasitəsilə nəql olunan Rusiya qazı bu gün 41,6 milyon kubmetr təşkil edə bilər.
Missiya.A
z "Report”a istinadən xəbər verir ki, bu barədə “Ukraynanın Qaz Nəqli Sisteminin Operatoru”nun məlumatında deyilir.

Hazırda “Soxranovka” qazpaylama stansiyası vasitəsilə qaz nəqli üçün nominasiya yoxdur, “Suca” qazölçmə stansiyası vasitəsilə nəql üçün bu göstərici 41,6 milyon kubmetr təşkil edir.

Xatırladaq ki, ötən gün Ukrayna vasitəsilə nəql olunan Rusiya qazının həcmi 41,9 milyon kubmetr olub.


  • 6-08-2022, 12:36