Azərbaycan elektron informasiya ehtiyatlarına qarşı genişmiqyaslı kiberhücumlar gözlənilir.
Bu barədə Missiya.Az-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən məlumat verilib.
Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi(KİMM) ölkəmizə qarşı keçirilən kiberhücumları nəzarətdə saxlayaraq 24/7 monitorinqini aparır və dövlət informasiya resurslarına qarşı iki gündür davam edən DDOS və digər tipli kiberhücumların qarşısını uğurla alır.
KİMM dövlət və qeyri dövlət informasiya resursları inzibatçılarını, eləcə də fişinq tipli hücumlara qarşı vətəndaşları diqqətli və ayıq-sayıq olmağa çağırır.