AZ   |   RU
Ukrayna İsrail liderinə Rusiya ilə danışıqlarda vasitəçilik etməyi təklif edib


Ukrayna İsrailin baş naziri Binyamin Netanyahuya Kiyev və Moskva arasındakı danışıqlarda vasitəçilik etməyi təklif edib.

Missiya.Az xəbər verir ki, bu barədə Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk bu gün “I24news” telekanalına verdiyi müsahibəsində bildirib.

Səfir deyib ki, Netanyahunun həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Vladimir Zelenski ilə yaxşı münasibətləri var.

O əlavə edib ki, israilli baş nazir “yox” deməyib və əlindən gələni etməyə çalışacağını bildirib.

“Netanyahunun rədd cavabı verməməsinə çox sevinirik. O, marağını və kömək etmək istəyini göstərib”, - səfir Korniyçuk bildirib.

  • 23-04-2021, 15:57