AZ   |   RU
Blinken Çavuşoğlu ilə Qarabağdakı vəziyyəti müzakirə etdi
ABŞ dövlət katibi Etnoni Blinken və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu telefon danışığında digər məsələlərlə yanaşı, Qarabağdakı son vəziyyəti müzakirə ediblər.

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib.

Qeyd olunub ki, danışıq zamanı Blinken ABŞ-ın Azərbaycanla Ermənistan arasında dialoqun və regionda uzunmüddətli sülhün təmin olunması üçün öz həmfikirləri ilə qarşılıqlı fəaliyyətə hazır olduğunu bildirib.

O, bəyan edib ki, Vaşinqton məsələnin uzunmüddətli siyasi həllinə nail olmaqda maraqlıdır.

  • 4-08-2022, 18:38