AZ   |   RU
Şahmat Olimpiadası: Azərbaycan milliləri Kuba və Ukrayna ilə qarşılaşacaqlar

Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişi və qadınlardan ibarət milliləri V turun görüşlərinə çıxacaqlar.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, dünən Türkiyə önündə büdrəyən kişi millisi Kuba ilə qarşılaşacaq. Məğlubedilməz olan qadın millisi isə güclü Ukraynanın müqavimətini qırmağa çalışacaq.

Azərbaycan – Kuba
Şəhriyar Məmmədyarov – Yasser Kezada Peres
Rauf Məmmədov – Karlos Albornos Kabrera
Vasif Durarbəyli – Luis Ernesto Kezada Peres
Nicat Abbasov – Omar Almeyda Kintana

Ukrayna – Azərbaycan
Mariya Muzıçuk – Günay Məmmədzadə
Anna Muzıçuk – Gövhər Beydullayeva
Anna Uşenina – Gülnar Məmmədova
Nataliya Buksa – Ülviyyə Fətəliyeva
Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət millisi hazırda Slovakiya və Rumıniya ilə birgə 7 xalla 12-14-cü yerləri paylaşır. Qadınlardan ibarət yığma isə 8 xalla Fransa və Ukrayna ilə birgə 2-4-cü yerləri bölüşdürür.


  • 2-08-2022, 09:32