AZ   |   RU
"Formula 1" İkiqat dünya çempionu komandasını dəyişib

"Formula 1" üzrə ispaniyalı ikiqat dünya çempionu Fernando Alonso komandasını dəyişəcək.
Missiya.Az
"Report"a istinadən xəbər verir ki, Alonso "Aston Martin"lə uzun müddətli müqavilə bağlayıb.

O, yeni komandasında növbəti mövsümdən – 2023-cü ildən çıxış edəcək. 41 yaşlı pilot yeni komandasında 4 qat dünya çempionu Sebastyan Fetteli əvəzləyəcək. Fettel isə cari mövsümün sonunda karyerasını bitirəcək.

Qeyd edək ki, Fernando Alonso hazırda "Alpin" komandasının şərəfini qoruyur.


  • 1-08-2022, 17:11