AZ   |   RU
Yevlaxda 38 yaşlı kişi itkin düşüb

Yevlax rayonunda 38 yaşlı kişi itkin düşüb.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, hadisə iyulunun 29-da rayonun Aran qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1984-cü il təvəllüdlü Əliyev Rüfət Fərrux oğlu yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.


  • 1-08-2022, 09:27