AZ   |   RU
U-18 milli komandamız Avropa Çempionatının bürünc medallarını qazanıb

Basketbol üzrə U-18 milli komandamız Avropa Çempionatının bürünc medallarını qazanıb. 

Missiya.A
xəbər verir ki, bu barədə Gənclər və İdman nazirliyi məlumat yayıb.

Qeyd edək ki, San Marino 'da gənclər arasında təşkil olunmuş Avropa Çempionatının "C" divizionunda U-18 milli komandamız 3 -cü yer uğrunda görüşə çıxıb. Qrupda məğlub etdiyi  Lüksemburq seçməsi ilə qarşılaşan yığmamız gərgin mübarizə şəraitində keçən görüşdə rəqibinə qalib gəlməyi bacarıb. Əlavə vaxta gedən oyunda Tahir Baxşıyev və Anar Sarıyevin yetirmələri yekunda 78-73 hesabı ilə parketdən qalib ayrılaraq Avropa çempionatının bürünc medallarını əldə edib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 31-07-2022, 21:59