Avropanın əsas enerji mənbəyi Türkiyə və Azərbaycanın ortaq layihəsi olan TANAP-dır.
Missiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.
Avropalıların Rusiyadan enerji almayacaqlarına dair açıqlamalarına diqqət çəkən Kalın iki əsas alternativdən biri Türkiyə və Azərbaycanın ortaq layihəsi olan TANAP olduğunu açıqlayıb.
Alternativ layihələrin, xüsusilə də “Nabucco”nun keçmişdə həyata keçirilə bilmədiyini vurğulayan Kalın "Cənab Prezidentimiz İlham Əliyevlə danışdı. Strateji perspetktiv budur. "Gəlin buradan yaranan boşluğu dərhal dolduraq" dedi. TANAP tamamilə Türkiyə-Azərbaycan iş birliyi ilə yaradıldı. Başqa yerdən dəstək alınmadı, maliyyə alınmadı, üçüncü və dördüncü ölkələr daxil olmadı", - deyib.