AZ   |   RU
ABŞ-ın neft ehtiyatları bir həftədə 4,5 milyon barel azalıb

ABŞ-da kommersiya neft ehtiyatları həftə ərzində 4,5 milyon barel azalaraq iyulun 22-nə 422,1 milyon barel təşkil edib.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, ehtiyatların hazırkı səviyyəsi ilin bu dövrü üçün xarakterik olan son beş ildəki orta səviyyədən təxminən 6% aşağıdır.


  • 28-07-2022, 09:04