AZ   |   RU
Bakıda avtomobil iki qadını vurub, ölən var

Bakıda avtomobil iki piyadanı vurub, ölən var.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, hadisə iyulun 26-sı saat 20:45 radələrində paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1996-ci il təvəllüdlü Allahverdili Kənan Anar oğlu idarə etdiyi "Kia-Rio" markalı avtomobillə hərəkətdə olan zaman piyadalar - 1998-ci il təvəllüdlü Dadaşova Afət Yaqub qızı və 1969-cü il təvəllüdlü Hacıyeva Zemfira Hüseyn qızını vurub. Nəticədə Z.Hacıyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq davam etdirilir.


  • 27-07-2022, 09:21